...

Azərbaycanda yol qəzalarına görə sığorta kompensasiyalarının ödənişi sürətləndirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 15:04 (UTC +04:00)
Tez-tez sığorta şirkətləri baş verən sığorta hadisələri ilə bağlı qanuni əsaslarla dövlət yol polisindən müvafiq arayış tələb edirlər.
Azərbaycanda yol qəzalarına görə sığorta kompensasiyalarının ödənişi sürətləndirilə bilər

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Əliyev/

Tez-tez sığorta şirkətləri baş verən sığorta hadisələri ilə bağlı qanuni əsaslarla dövlət yol polisindən müvafiq arayış tələb edirlər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.

N.Xəlilov qeyd edib: "Bu, baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatlarını aydınlaşdırmaq üçün lazımdır və sığorta edənin ödəniş etmək barədə gələcək qərarına təsir edir. Eyni zamanda, istənilən arayışın alınması müəyyən vaxt tələb edən prosesdir. Bu və başqa amillər ödənişin həyata keçirilməsi barədə qərarın qəbul edilməsi prosesini uzadır ki, bu da vətəndaşlarda narazılıq doğurur".

Onun sözlərinə görə, dünya təcrübəsində bir neçə yanaşma tətbiq edilir: "Hadisə yerində yol qəzasının günahkarının dəqiq müəyyən edilməsinə kömək edən videoyazının olması zamanı, eləcə də qəza iştirakçılarının razılığı ilə sığorta şirkəti polisdən arayış tələb etmir. Sığortaçılar Assosiasiyası belə bir yanaşmanın Azərbaycanda da tətbiq olunması təşəbbüsü ilə çıxış edib".

N.Xəlilovun sözlərinə görə, bu, çox düzgün addımdır: "Bu, ödənişin həyata keçirilməsini xeyli sürətləndirir və bu prosesi komfortlu edir. Belə praktikanın tətbiqi üçün qanunvericilikdə dəyişiklik edilməsi tələb olunmur. Yalnız təşəbübs və ölkənin sığorta şirkətlərinin qərarı lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti