...

Naxçıvan avtomobil zavodu "Lifan" avtomobillərinin ixracına başlayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2014 14:33 (UTC +04:00)
Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb.
Naxçıvan avtomobil zavodu "Lifan" avtomobillərinin ixracına başlayır  (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir E.İsmayılov/

Naxçıvan Avtomobil Zavodu (NAZ) ilə Çinin "Lifan" şirkəti arasında Azərbaycan tərəfinə məhsulun üçüncü ölkəyə, o cümlədən Gürcüstana və Orta Asiya ölkələrinə satışına icazə verən yeni müqavilə imzalanıb. Sənəd NAZ-ın nümayəndə heyətinin Çuntsinə səfəri çərçivəsində imzalanıb.

NAZ-ın rəhbəri Musa Abdullayev Trend-ə deyib ki, Azərbaycan zavodunun texniki mütəxəssisləri respublikada komplektləşdirilən hissələrin istehsalının mərhələli lokallaşdırılmasının planını hazırlayırlar.

Eləcə də Azərbaycanda "Lifan" avtomobillərinin servisinin yaxşılaşdırılması üçün Çin şirkəti ölkə regionlarından birində servis mərkəzi tikəcək.

Abdullayev bildirib ki, bu il Azərbaycanda 2500-3000 ədəd "Lifan" avtomobillərinin istehsalı planlaşdırılır. May ayından ölkədə "Lifan"ın üç yenilənmiş modelinin yığımına başlanacaq.

Görüş zamanı Çin tərəfi Azərbaycan rəhbərliyinin Azərbaycan-Çin ticari-iqtisadi əlaqələrinin genişləndirilməsində, ölkədə biznesin inkişafı üçün əlverişli şəraitin yaradılımasında rolunu yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycanın siyasəti onun iqtisadi inkişafına kömək edir və onun regionda liderliyini təsdiqləyir.

2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və Çinin Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd avtomobil korporasiyası əməkdaşlıq haqqında saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti