...

Azərbaycanda iki sığorta şirkətinin lisenziyaları dayandırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 15:55 (UTC +04:00)
Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Royal Sığorta" və "Günay Sığorta" şirkətlərinin lisenziyalarını dayandırıb.
Azərbaycanda iki sığorta şirkətinin lisenziyaları dayandırıldı

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Royal Sığorta" və "Günay Sığorta" şirkətlərinin lisenziyalarını dayandırıb. Bu barədə Trend Dövlət Xidmətinə istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, məcmu kapitalları qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinə və "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə 24 fevral 2014-cü il tarixindən dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti