Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin sonunadək Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının tikintisi çərçivəsində bərə terminalı istismara veriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov dənizçilərin peşə bayramına həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu, öz növbəsində Xəzərdə tranzit yüklərin cəlb edilməsinə və dəniz nəqliyyatının inkişafına öz töhfəsini verəcək: "Azərbaycanda müasir standartlara və tələblərə uyğun yeni gəmiqayırma zavodunun və limanın tikintisi bu sahənin inkişafına göstərilən böyük önəmdən xəbər verir".
Qeyd edək ki, yeni liman Ələt qəsəbəsində tikilir.