...

Azərbaycan özünü yerli gəmilərlə təmin edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2014 14:48 (UTC +04:00)
Azərbaycanda yeni gəmiqayrma zavodunda gəmilərin tikintisi yükdaşımalara və ölkənin tranzit potensialının inkişafına öz töhfəsini verəcək.
Azərbaycan özünü yerli gəmilərlə təmin edəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanda yeni gəmiqayrma zavodunda gəmilərin tikintisi yükdaşımalara və ölkənin tranzit potensialının inkişafına öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov deyib.

Onun sözlərinə görə, yeni zavodda müxtəlif növ gəmilərin tikintisi nəzərdə tutulub ki, bu da ölkənin müvafiq strukturlarının gəmilərə olan tələbatını qarşılamağa imkan verəcək.

Q.Qurbanov qeyd edib ki, bu da öz növbəsində yükdaşıma sahəsinə və ümumilikdə tranzit potensialının inkişafına böyük töhfə verəcək: "Tranzit yüklərinin boşaldılıb daşınmasında bərə terminalı vacib rol oynayacaq. Bərə terminalının Ələt qəsəbəsində yeni beynəlxalq dəniz ticarət limanının tikintisi çərçivəsində istismara verilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti