...

Azərbaycanda sığorta agentlərinin tədris mərkəzi payızda fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2014 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yanında Sığorta Agentlərinin Tədris Mərkəzi bu ilin oktyabrında yaradılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ASA rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mərkəzin oktyabrda yaradılması planlaşdırılır, fəaliyyətə isə çox güman ki, noyabrda başlayacaq: "Mərkəzin yaradılması uzun vaxt tələb etmir, lakin müvafiq tədris vəsaitləri olmadan onun işi mümkün deyil. Ona görə də hazırda Maliyyə Nazirliyinin dəstəyi ilə ASA və Azərbaycan Risq Peşəkarları Assosiasiyası (ARPA) xarici dərsliklərin tərcüməsi və əsasında agentlərə sertifikatların veriləcəyi dərs vəsaitlərinin hazırlanması ilə məşğul olurlar".

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti