...

Assosiasiya: Azərbaycanda sığorta bazarı 3,5 faiz böyüyüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 11:37 (UTC +04:00)
2014-cü ilin yanvar-sentyabrında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 314,1 milyon manat mükafat toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,5 faiz (10,75 milyon manat) üstələyir.
Assosiasiya: Azərbaycanda sığorta bazarı 3,5 faiz böyüyüb

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Azad Həsənli/

2014-cü ilin yanvar-sentyabrında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 314,1 milyon manat mükafat toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 3,5 faiz (10,75 milyon manat) üstələyir. Trend xəbər verir ki, bu barədə cümə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının (АSА) rəhbəri Orxan Bayramov 9 ayın yekunlarına həsr edilmiş hesabatda bildirib.

Hesabat dövründə şirkətlər təxminən 116,4 milyon manat həcmində ödəniş həyata keçiriblər. Ötən ilin analoji dövründə bu rəqəm 31,5 faiz (27,85 milyon manat) az olub.

Toplanan sığorta mükafatlarının hər 100 manatına 37,1 manat ödəniş düşüb. Bu göstərici 2013-cü ilin yanvar-sentyabrında 29,2 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti