...

“Expressbank” komissiyasız mikro kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2015 13:54 (UTC +04:00)
“Expressbank” müştərilərə mikro kreditlər üzrə aksiya təklif edir. Aksiya 31 yanvar 2015-ci il tarixinədək davam edəcək.
“Expressbank” komissiyasız mikro kreditlər təklif edir

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

"Expressbank" müştərilərə mikro kreditlər üzrə aksiya təklif edir. Aksiya 31 yanvar 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, "Expressbank"-ın filiallarında mikro kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunur. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

"Expressbank"-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 140-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti