Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Azərbaycan Sığortaçılar Assosiasiyası vakansiya elan edir.
Vəzifə: Təlim mərkəzinin meneceri
Öhdəliklər:
Təlim və tədris mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi
Tədbirlər planının hazırlanması və idarəetmə sisteminin hazırlanması və tətbiqi üzrə idaretmə qrupunun yaradılması
Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların keçirilməsi
Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması
Prosedurların müəyyən olunması və hazırlanması
Mərkəzin fəaliyyətinə nəzarət edilməsi
Hesabatların hazırlanması
İş rejimi:
Həftə içi saat 09:00-18:00 (nahar vaxtı: saat 13:00-14:00)
Şənbə və bazar günləri, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qeyri-iş günləri istirahət günləri hesab olunur
Namizədə tələblər
Təhsil: Ali
İş təcübəsi: minimum 1 il (heyətin idarə olunması və menecment üzrə)
İdarəetmə və təşkilatçılıq qabiliyyəti
Punktual və məsuliyyətli
Dil biliyi: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta)
Kompyuter biliyi: MS Office proqramları
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Xahiş edirik, CV-nizi elektron ünvana göndərərkən mövzu olaraq "Təlim mərkəzinin meneceri" sözünü qeyd edəsiniz.
Əlaqə:
Azərbaycan Sığortaçılar Assosiasiyası
Ünvan: Babək Plaza, 8-ci mərtəbə
Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, AZ1025, Bakı, Azərbaycan
+994 12 488 0714
[email protected]