...

Daşınmaz əmlakın sığortalanması üzrə polislərin çoxunu yaşayış evləri təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2015 15:42 (UTC +04:00)
2015-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanılıb.
Daşınmaz əmlakın sığortalanması üzrə polislərin çoxunu yaşayış evləri təmin edir

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir Cəmilə Cəfərova/

2015-ci ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanılıb. Sığorta müqavilələri üzrə yığımlar 4 169,6 min manat təşkil edib.

Trend-in İcbari Sığorta Bürosuna istinadən verdiyi məlumata əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4 114,323 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 45,480 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,822 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 3% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında isə təxminən 2 dəfə artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 1%-i inzibati binalar, 43%-i digər daşınmaz əmlakla bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti