...

Daha 5 sığorta agentinin lisenziyası ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2015 17:17 (UTC +04:00)
Maliyyə Nazirliyi sığorta agenti fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyaları ləğv edib.
Daha 5 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Maliyyə Nazirliyi sığorta agenti fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyaları ləğv edib. Bu barədə Trend Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, aşağıda adları göstərilmiş şəxslərə sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə 19 fevral 2015-ci il tarixdə ləğv edilib:

1) Allahverdiyev Daşqın Tariyel oğlu (VÖEN: 2302197562);
2) Həsənov Emil Mehrab oğlu (VÖEN: 1002525812);
3) Məmmədov Azər Aydın oğlu (VÖEN: 1401683802);
4) Xələfova Yeganə Abdulhəsən qızı (VÖEN: 2300856582) və
5) "Aztrust Sığorta Agenti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 2002096571).

Qeyd edək ki, 2014-cü ilin noyabr ayından 41 sığorta agentinin lisenziyası ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti