...

Vergilər Nazirliyi: Azərbaycanda sığorta vasitəçiləri gəlir vergisi ödəməlidirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2015 14:52 (UTC +04:00)
Azərbaycanda sığorta agentləri və brokerlər 20 faiz gəlir vergisinə cəlb edilməlidirlər.
Vergilər Nazirliyi: Azərbaycanda sığorta vasitəçiləri gəlir vergisi ödəməlidirlər

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda sığorta agentləri və brokerlər 20 faiz gəlir vergisinə cəlb edilməlidirlər. Bunu Trend-ə Vergilər Nazirliyindən deyiblər.

Nazirlikdən bunu sığorta agentləri və sığorta brokerlərinin fəaliyyətinin sığortaçılar və təkrar sığortaçıların fəaliyyəti kimi sahibkarlıq fəaliyyəti hesablanması ilə izah ediblər.

Nazirliyin məlumatında deyilir: "Sığorta qanunvericiliyinin müddəalarına əsasən sığortaçılar, təkrar sığortaçılar və sığorta vasitəçiləri (sığorta agentləri və sığorta brokerləri) sığorta bazarının peşəkar iştirakçıları olmaqla, onların fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir. Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilmiş və maliyyə xidmətlərinin göstərilməsi Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə ƏDV-dən azad edilib".

Qeyd olunur ki, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə uyğun olaraq sığorta təşkilatlarının, o cümlədən sığorta vasitəçilərinin (sığorta agentlərinin və sığorta brokerlərinin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və bu fəaliyyət növü ilə hüquqi şəxslər mənfəət vergisinin, fiziki şəxslər isə gəlir vergisinin ödəyicisi kimi məşğul ola bilərlər.

Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə mənfəət vergisi, 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti