...

Azərbaycan suveren avrobondların buraxılışını təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2015 18:47 (UTC +04:00)
Azərbaycan 2015-ci ildə suveren avrobondların buraxılışını planlaşdırımır.
Azərbaycan suveren avrobondların buraxılışını təxirə salıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan 2015-ci ildə suveren avrobondların buraxılışını planlaşdırımır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.

Onun sözlərinə əsasən, indiki dünya maliyyə bazarı konyunkturası bunun üçün olduqca əlverişli deyil, buna görə də avrobondların buraxılışını başqa vaxta keçirmək barədə qərar qəbul edilib: "Çox güman ki, avrobondları 2016-cı ildə buraxacağıq, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir, buna görə də bu, bazarın tələbatlarından asılı olacaq".

S.Şərifov xatırladıb ki, ötən dəfə dollarda istiqrazların buraxılışı haqqında qərar qəbul ediləndə onların 500 milyon dollar həcmində buraxılması planlaşdırılırdı: "Lakin bu, likvidlik baxımından məqsədəuyğun deyildi, elə bu səbəbdən də emissiyanın həcmi 1 milyard dollaradək artırıldı. Dollara nisbətən avro bazarı kiçikdir, buna görə də avrobondları təqribən 500 milyon avro həcmində buraxacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti