...

"Atəşgah" KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 17:46 (UTC +04:00)
Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan “Atəşgah” SŞ 2015-ci ilin aprelində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.
"Atəşgah" KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib

Azərbaycan, Bakı, 13 may /Trend/

Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ 2015-ci ilin aprelində KASKO üzrə iri sığorta ödənişləri həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, məbləği 10 480 AZN təşkil edən sığorta ödənişi Bakı-Şamaxı yolunun 75.5-ci km-də
aşmış "Hyundai İX-35" markalı avtomobilin sahibinə verilib.

Daha bir ödəniş də maneə ilə toqquşmuş "Hyundai İX-35" markalı avtomobilin sahibinə təqdim edilib. Bakı-Qazax yolunda baş verən hadisəyə görə müştəriyə 7490 AZN məbləğində sığorta ödənişi verilib.

Başqa bir hadisə Bakı şəhəri, Moskva prospektində baş verib. Şirkətdə KASKO üzrə sığortalanmış "Toyota Prado" markalı avtomobil maneə ilə toqquşub. Həmin hadisə üzrə müştəriyə 18 918 AZN sığorta ödənişi verilib.

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti