...

Korporativ sahə Azərbaycanda sığorta bazarının ikirəqəmli artımını təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 10:31 (UTC +04:00)
Yanvar-aprel dövründə Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkəti tərəfindən 166 milyon manat mükafat yığılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Korporativ sahə Azərbaycanda sığorta bazarının ikirəqəmli artımını təmin edib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Azad Həsənli/

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkəti tərəfindən 166 milyon manat mükafat yığılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, sığorta şirkətləri əsasən belə artımı korporativ müştərilərin hesabına təmin edə biliblər.

Hesabat dövründə şirkətlər 58,1 milyon manatlıq sığorta ödənişləri həyata keçiriblər ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 31,4 faiz çoxdur.

Yığılmış hər 100 manat sığorta mükafatına 35 manat ödəniş düşür. Bu göstərici ötən ilin analoji dövründə 29,6 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti