...

Dövlət Sığorta Nəzarəti Xidməti şikayətlərə daha tez baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 12:57 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytında sığortalıların mənafelərinin müdafiəsinin daha da gücləndirilməsi, təklif və şikayətlərə baxılması işinin operativliyinin, keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi məqsədiylə yeni bölmə istifadəyə verilib.
Dövlət Sığorta Nəzarəti Xidməti şikayətlərə daha tez baxacaq

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Ənvər Məmmədov/

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəsmi internet saytında sığortalıların mənafelərinin müdafiəsinin daha da gücləndirilməsi, təklif və şikayətlərə baxılması işinin operativliyinin, keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi məqsədiylə yeni bölmə istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saytda tətbiq olunan yeni imkandan yararlanmaq üçün "Məktub yazmaq" bölməsinə daxil olaraq ardıcıl təklif olunan əməliyyatları yerinə yetirmək lazımdır. Müraciət ünvanlayan şəxs sığortaçıdan şikayətçidirsə, "şikayət" sətrini, növbəti addımda isə şikayətçi olduğu sığorta şirkətinin adını seçməli və şikayətini müvafiq pəncərədə yerləşdirməlidir. Dövlət xidmətinə elektron qaydada ünvanlanan vətəndaş müraciətləri eyni zamanda avtomatik qaydada aidiyəti sığorta şirkətinin də elektron ünvanına göndərlir. Bununla da şikayətlərə baxılması prosesinin müddəti xeyli qısaldılır.

Daxil olan müraciət qeydiyyata alınmaqla nəzarətə götürülür və qanunvericiliklə müəyyən olunmuş qaydada araşdırılır. Araşdırmanın nəticəsi barədə şikayətçiyə rəsmi məktub, həmçinin elektron ünvanına həmin məktubun surəti göndərilir.

Dövlət Sığorta Nəzarəti Xidməti müraciətlərin yeni vasitəsilə (http://www.sigorta.maliyye.gov.az/content/onlayn-m) elektron qaydada göndərilməsini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti