...

Azərbaycanda sığorta şirkətinin lisenziyası ləğv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2015 18:03 (UTC +04:00)
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti “Era Trans Sığorta” ASC-nin lisenziyasını ləğv edib.
Azərbaycanda sığorta şirkətinin lisenziyası ləğv edildi

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Azad Həsənli/

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "Era Trans Sığorta" ASC-nin lisenziyasını ləğv edib. Bu barədə Trend Dövlət Xidmətinə istinadən məlumat verir.

Məlumatda deyilir ki, Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən "Era Trans Sığorta" şirkətində aparılmış yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Maliyyə Nazirliyinin 25.11.2014-cü il tarixli əmri ilə 6 ay müddətinə dayandırılmışdı.

Lakin ASC-nin lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, ASC-yə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv ediib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti