...

Azərbaycanın sığorta bazarı 11% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2015 10:39 (UTC +04:00)
Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkəti tərəfindən 207,6 milyon manat mükafat yığılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.
Azərbaycanın sığorta bazarı 11% artıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Azad Həsənov/

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkəti tərəfindən 207,6 milyon manat mükafat yığılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Bu barədə Trend-ə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

O bildirib ki, hesabat dövründə sığorta ödəmələrinin artım sürəti ötən ilin analoji göstəricisini cüzi şəkildə üstələyir.

Hesabat dövründə şirkətlər 74,5 milyon manatlıq sığorta ödənişləri həyata keçiriblər ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 35 faiz çoxdur.

Yığılmış hər 100 manat sığorta mükafatına 35,9 manat ödəniş düşür. Bu göstərici ötən ilin analoji dövründə 29,6 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti