...

Azərbaycanda avtomobil dayandırılmadan sığorta polisinin mövcudluğu yoxlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2015 17:36 (UTC +04:00)
Yaxın 2-3 ayda Azərbaycanda sürücülərin icbari avtomobil sığortası polisinin olub-olmadığını müəyyənləşdirmək üçün radarlar tətbiq ediləcək.
Azərbaycanda avtomobil dayandırılmadan sığorta polisinin mövcudluğu yoxlanılacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Azad Həsənli/

Yaxın 2-3 ayda Azərbaycanda sürücülərin icbari avtomobil sığortası polisinin olub-olmadığını müəyyənləşdirmək üçün radarlar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

Onun sözlərinə əsasən, bunun üçün xüsusi texnikanın quraşdırılması tələb olunmur və Dövlət Yol Polisi artıq avtomobil yollarında quraşdırılmış avadanlıqdan istifadə edə biləcək.

N.Xəlilov qeyd edib ki, radarların köməyi ilə avtomobilin nömrəsi və digər məlumatlar İcbari Sığorta Bürosunun informasiya bazasına göndəriləcək: "Burada sığorta polisinin olub-olmadığı müəyyən ediləcək".

O, əlavə edib ki, bu sistemin tətbiqi müəyyən texniki məsələlər həll edildikdən sonra başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti