...

Bank VTB (Azərbaycan) "Mikrokredit" məhsulu üzrə şərtlərini yeniləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2015 11:11 (UTC +04:00)
Bank VTB (Azərbaycan) "Mikrokredit" məhsulu üzrə şərtlərini yeniləndirib.
Bank VTB (Azərbaycan) "Mikrokredit" məhsulu üzrə şərtlərini yeniləndirib

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Bank VTB (Azərbaycan) "Mikrokredit" məhsulu üzrə şərtlərini yeniləndirib.

Bankdan Trend-ə verilən məlumatda deyilir ki, kredit üzrə maksimal məbləğ 20 min manatdan 25 min manatadək (və ya dollar, avro və rus rublu ekvivalenti) artırılıb. Kreditin müddəti 3 il təşkil edir. Bank, həmçinin müştəri kateqoriyasına görə maksimal məbləğ üzrə qradasiya tətbiq edib. Belə ki, müştərilər 3 kateqoriyaya bölünür: 24 aydan və 12 aydan çox müsbət kredit tarixçəsinə sahib olan müştərilər, bankın yeni müştəriləri.

Kreditin faiz dərəcəsi məbləğdən asılı olaraq dəyişir. Məbləğ 10 min manatdan (dollar və avro ekvivalenti) çox olduğu halda faiz dərəcəsi 23 faizdən başlayır. Kreditin məbləği bu göstəricidən yüksək olarsa, bank 20 faizdən başlayaraq kredit təklif edir.10 min manatadək rubl ekvivalentində olan məbləğ üçün faiz dərəcəsi 30 faiz, 10 min manatdan yüksək olduqda isə 27 faiz təşkil edir. Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı, girov qismində müştərinin ev əmlakı da çıxış edə bilər. Kreditin verilməsi 1-2 gün təşkil edir.

Bank VTB (Azərbaycan)ın kiçik və orta biznes idarəsinin direktoru Bəhruz Camalov bildirib ki, bank kiçik biznesin inkişafını dəstəkləyir: "Bu məqsədlə məhsullarımızın şərtlərini yaxşılaşdırırıq, onları müştəri üçün daha da əlverişli etməyə çalışırıq. Bu məhsul fərdi sahibkarlar, hüquqi şəxslər, eləcə də biznesi olan fiziki şəxslər üçün nəzərdə tutulub. Əldə edilmiş kredit əsas vəsaitlərin alınmasına, cari kreditlərin yenidən maliyyələşməsinə, investisiya məqsədlərinə, eləcə də istehlak xərclərinə ayrıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti