...

Maliyyə Nazirliyi 71 sığorta agentinin lisenziyasını geri çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2015 13:52 (UTC +04:00)
Maliyyə Nazirliyi 71 sığorta agentinin lisenziyasını geri çağırıb.
Maliyyə Nazirliyi 71 sığorta agentinin lisenziyasını geri çağırıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Azad Həsənli/

Maliyyə Nazirliyi 71 sığorta agentinin lisenziyasını geri çağırıb.

"Sığorta fəaliyyəti haqqında" Qanunun 106.1-ci maddəsinə və Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.2-ci yarımbəndinə əsasən, sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etmədiklərinə görə Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 7 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb.

Bu barədə Trend Dövlət Sığorta Nəzarəti Xidmətinin saytına istinadən məlumat verir.

80 fiziki şəxsdən 71-nin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, "Sığorta fəaliyyəti haqqında" Qanunun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin əmrilə iyulun 24-də ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti