...

Azərbaycanda səhlənkar sığorta agentləri ilə mübarizə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2015 15:54 (UTC +04:00)
Maliyyə Nazirliyi 63 sığorta agentinin müddətsiz lisenziyasının etibarlılığını müvəqqəti dayandırıb.
Azərbaycanda səhlənkar sığorta agentləri ilə mübarizə davam edir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Ənvər Məmmədov/

Maliyyə Nazirliyi 63 sığorta agentinin müddətsiz lisenziyasının etibarlılığını müvəqqəti dayandırıb. Bu barədə Trend Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə istinadə məlumat verir.

Məlumatda deyilir: "63 şəxsə sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi səbəbindən nazirliyin müvafiq əmri ilə 3 sentyabr 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb".

Qeyd edək ki, 2014-cü ilin sonundan Azərbaycanda təqribən 200 sığorta agentinin lisenziyası ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti