...

Azərbaycanın sığorta bazarı 6,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

2015-ci il yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkəti tərəfindən 378,9 milyon manat dəyərində sığorta haqqı toplanıb ki, bu da ötən ilin göstəricisini 6,5 faiz üstələyir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.

Bu dövr ərzində şirkətlər təqribən 140 milyon manat dəyərində sığorta ödənişi həyata keçiriblər ki, bu da ötən ilin göstəricisindən 6,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti