Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:24-də yayımlanıb)
Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda hazırda icbari avtomobil sığortası üzrə tariflərin artırılması planlaşdırılmır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu sığorta növü üzrə zərər artsa belə, tariflərin artması gözlənilmir, çünki hazırda əsas məsələ sığorta şirkətlərinin xərclərinin azaldılmasıdır: "Söhbər inzibati xərclərdən, sığorta agentlərinin ödədiyi komissiyadan və digərlərindən gedir".