...

"Buta Sığorta"nın sığorta portfeli "Günay Sığorta"ya ötürüldü

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 18:27 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib
"Buta Sığorta"nın sığorta portfeli "Günay Sığorta"ya ötürüldü

Bakı. Trend:

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub.

Palatadan Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın özünü-maliyyələşdimə prinsipi əsasında fəaliyyət göstərdiyini və bu baxımdan göstərilən xidmət haqları və nəzarət subyektləri üzrə vahid çərçivənin müəyyən edilməsinin zəruriliyini vurğuladı. Palatanın tarif siyasətinin və ayrı-ayrı xidmətlər üzrə tarif dərəcələrinin beynəlxalq təcrübə və mövcud vəziyyət nəzərə alınmaqla ədalətli və şəffaf prinsiplər əsasında müəyyən edildiyi diqqətə çatdırıldı.

Daha sonra Bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyası təsdiq edildi.

İclasda bildirildi ki, hazırlanmış metodologiya bankların sistem əhəmiyyətliliyi, maliyyə göstəriciləri, inklüzivlik (maliyyə vasitəçiliyində rolu) və ölkənin bank sektorunun spesifikası nəzərə alınmaqla Beynəlxalq Hesablaşmalar Bankının bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb.

İclasda, həmçinin "Buta Sığorta" ASC-nin qüvvədə olan sığorta (təkrar sığorta) müqavilələrinin (sığorta portfelinin) "Günay Sığorta" ASC-yə ötürülməsinə dair qərara qəbul olunub.

İclasda bildirildi ki, "Buta Sığorta" ASC-nin sığorta portfelinin "Günay Sığorta" ASC-yə ötürülməsi barədə şirkətlər arasında müvafiq razılaşma imzalanıb və bunun təsdiq edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub. Təqdim olunmuş məlumatların təhlili edildiyi və "Günay Sığorta" ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, sığorta ehtiyatlarının və sığorta qaydalarının sığorta qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilib.

R.Aslanlı sığorta portfelinin ötürülməsi prosesi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədilə konkret tapşırıqlar verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti