...

İşğal edilmiş ərazilərdə "Green Card" sistemindən istifadə olunmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 12:45 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Rusiya yaxın günlərdə "Green Card" sistemi üzrə ikitərəfli müqavilə imzalayacaqlar.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində sığorta polislərinin fəaliyyəti ilə bağlı danışıqlar altı aydan çox davam edib: "İndi bu məsələlər həll olunub".

E.Quliyev qeyd edib ki, artıq polislər Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərməyəcək: "Bu məsələ həmin ərazilərin azad edilməsindən sonra aktuallıq qazanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti