...

A-Qroup birinci yerdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2018 17:12 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi səhifəsində ilk dəfə müştərilərə göstərilən xidmətin keyfiyyətinə görə sığorta şirkətlərinin reytinqi məlumatı yerləşdirilib.
A-Qroup birinci yerdədir

Bakı. Trend:

Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi səhifəsində (www.asa.az) ilk dəfə müştərilərə göstərilən xidmətin keyfiyyətinə görə sığorta şirkətlərinin reytinqi məlumatı yerləşdirilib. Reytinq Assosasiyaya sığortalıların daxil olmuş rəyləri əsasında tərtib edilib. Reytinq cədvəlinə 22 sığorta şirkəti daxil olub.

Müştəriyönümlülüyə görə birinci yeri A-Qroup Sığorta Şirkəti qazanıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, müştərilərin marağı həmişə A-Qroup-un diqqət mərkəzində olub, 23 il ərzində öz sığortalılarının qeydinə qalır və onlara dünya standartlarına cavab verən yüksək ixtisaslı xidmət göstərir.

A-Qroup Sığorta Şirkəti öz xidmətlərində həssaslıq və diqqət göstərərək rahat istifadə şəraiti yaradaraq, yüksək keyfiyyətli xidmət göstərdiyinə əmindir.

A-Qroup müntəzəm olaraq Sığortalılarının məmnuniyyət səviyyəsini tədqiq edir. Əldə edilən məlumatlar A-Qroup-u ən qabaqcıl sığorta şirkəti etmək üçün ona kömək edir.

Diqqətlə yanaşma, sığortalılara olan sevgi, həssaslıq və yüksəktexnologiyalılıq - Assosasiyanın saytında müştərilər tərəfindən əsas müsbət cəhətlər kimi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti