...

"NBA Technologies International" III Beynəlxalq Bankçılıq Forumunda iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2018 10:24 (UTC +04:00)

Bakı. Trend:

15-16 noyabr 2018-ci il tarixlərində «NBA Technologies International» MMC şirkəti Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumunda iştirak edib.

Bu barədə Trend-ə «NBA Technologies International» MMC şirkətindən məlumat verilib.

«NBA Technologies International» MMC şirkəti 2006-ci ildən etibarən MDB ölkələrində POS terminalların aparıcı istehsalçısı olan Verifone (ABŞ) şirkətinin və ATM istehsalçısı NCR (ABŞ) şirkətinin distribyutoru olaraq yeni texnologiyaların satışı və tətbiqi sahəsində geniş təcrübəyə malikdir.

III Beynəlxalq Bank Forumunun əsas tərəfdaşı olan "NBA Technologies International" MMC şirkətinin Forumun sərgisində pərakəndə satış üçün modern kassa və POS-

terminal həlləri nümayiş etdirildi. Şirkətin yerləşdirfiyi texnoloji stend konfransa qatılan mötəbər qonaqların diqqətini məhsulları ilə çəkdi.

Stenddə hal hazırda olan mövcud avadanlıq xətti təqdim edildi və yeni məhsulların təqdimatı keçirildi. Yerli və xarici sahibkarlar şirkətin məhsullarını və həllərini şəxsən görmək və "NBA Technologies International" MMC şirkətinin əməkdaşları ilə ödəniş sənayesinin inkişafında mövcud tendensiyalar müzakirə etmək və lazımı suallarını birəbir vermək imkanı əldə etdilər.

"NBA Technologies International" MMC şirkəti Verifone şirkəti ilə müştərək kiçik və orta sahibkarlar üçün yeni nəsil onlayn-kassaları, yəni həm kassa aparatı, həm POS terminsl funksiyalarını yerinə yetirə biləcək Vx680ECR, VX 675 ECR, MX915 təqdim etdilər.

Bu avadanlıq kassa aparatının və POS ödəniş terminalının birgə fəaliyyətinin funksionallığını təmsil edir, yəni ikisi birində funksiyası. Bu qurğulara fiskal yaddaş quraşdırılır pərakəndə və xidmət sektorunun əməliyyatlarını online monitorinqi etmək imkan verir. Vergi naziri Mikayıl Cabbarov əvvəlki çıxışında bildirib ki, 2019-cu ildən Vergilər Nazirliyi pərakəndə satış və xidmət sektorunda əməliyyatların real vaxt rejimində izlənilməsinə imkan verəcək onlayn kassa aparatlarından (CAC) istifadə etmək niyyətindədir.

"NBA Technologies International" MMC şirkəti kassa aparatlarının və POS ödəniş terminalının inteqrasiyasında geniş təcrübəyə malikdir. NBA Technologies International-ın icraçı direktoru Anar Şıxəliyevin sözlərinə görə “2016-cı ildə Türkmənistanın vergi orqanlarında qeydə alınmış kassa aparatlarında nəğd şəkildə ödəmələrin, eləcə də milli plastik kartlar “Milli kart”, “Altyn Asyr” kartı, habelə beynəlxalq VISA və Mastercard kartları ilə nağdsız ödənişlər hesabatı və kontrolu üçün kassa layihəsini müvəffəqiyyətlə başladılmışdır. Bənzər bir layihə Belarus və Gürcüstanda işə başlamaq üçün sınaqdan keçirilir.

Bu növ kassalar əsasən kiçik və orta biznesdə istifadə olunur. Kassirlərin üzərinə bir çox öhdəliklər düşür, belə ki, ödəniş kartı ilə ödənişlərin qəbul etməsi əməliyyatı bir anda iki qurğuda işləməsini tələb edir. Kassa və POS terminalının birbaşa inteqrasiyası üçün təklif olunan Verifone Vx680ECR, VX 675 ECR, MX915 ECR (https://www.youtube.com/watch?v=YfQxSt0KHAs ), kimi terminallar kassirin əməliyyatlarının sayını azaldır və müştəri xidmətini sürətləndirir. Həmçinin, inteqrasiya bir ödəmə kartı istifadə edərək ödəniş məbləğini daxil edərkən səhvlər və oğurluq faktlarını aradan qaldırmaq üçün kassirin səhvini azaltmağa imkan verir.

Bundan əlavə Özbəkistan Respublikası banklarının 90% lahiyələri şirkətimiz tərəfindən həyata keçirilib”

Xəbər lenti

Xəbər lenti