...

ARDNŞ elektrik stansiyalarına təxminən 2,5 milyard kubmetr qaz göndərib

Energetika Materials 15 İyul 2009 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Birinci yarımildə yanacaq kimi istifadə üçün "Azərenerji" Səhmdar Cəmiyyətinə (Azərbaycanda iri elektrk enerjisi istehsalçısı) 2,4 milyard kubmetr qaz göndərilib. Bu göstərici keçən ilin müvafiq dövründə 2,3 milyard kubmetr olub. Bu barədə "Azərenerji"nin qazla təchizatını həyata keçirən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumat verilib.

İyunda "Azərenerji"yə təxminən 296,2 milyon kubmetr qaz verilib. 2008-ci ildə elektrik stansiyalarına verilən qazın həcmi təxminən 5 milyard, 2007-ci ildə isə 3,4 milyard kubmetr olub.

Xəbər lenti

Xəbər lenti