...

ARDNŞ 1 milyard dollar həcmində avrobond yerləşdirib

Energetika Materials 11 Mart 2013 18:52 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) CEEMEA bazarına 10 il müddətinə 1 milyard dollar həcmində avrobond yerləşdirib.
ARDNŞ 1 milyard dollar həcmində avrobond yerləşdirib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) CEEMEA bazarına 10 il müddətinə 1 milyard dollar həcmində avrobond yerləşdirib.

Trend-in bazar ertəsi ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, şirkətin investisiya bazasını möhkəmlədəcək ikinci beynəlxalq əməliyyatıdır. ARDNŞ-nin debüt avrobond buraxılışı 2012-ci ilin fevralında həyata keçirilib.

O zaman 500 milyon dollar məbləğində avrobond yerləşdirilmişdi. Bu il qiymətli kağızların buraxılışına fevralın sonlarında mandat verilib, martın 4-5-də isə Londonda iki günlük təqdimat keçirilib.

Ba1/BB+/BBB- səviyyəsində dəyərləndirilən yeni 10 illik istiqrazların ilkin qiyməti Deutsche Bank-ın rəhbərliyi ilə 4,90% civarında müəyyənləşdirilib. Bu ilkin səviyyə sonradan araşdırılaraq 4,80%-ə (+/-5bp) endirilib, son hədd 4,75% civarında T+292.2bp-ə ekvivalent olaraq müəyyənləşdirilib. Sifarişlərin həcmi nəzərdə tutulandan üç dəfə çox olub. Belə ki, 245 investor tərəfindən 3 milyard dollar məbləğində sifariş verilib.

Coğrafi baxımdan təsnifat aparılarsa, avrobondların 41%-i Avropa, 32%-i Birləşmiş Krallıq, 25%- ABŞ, 2%-i digər investorlar tərəfindən alınıb. Tipinə görə isə 87% aktivlərin idarəediciləri, 5% banklar və riteyl investorları, 4% hec-fondlar, 3% sığorta və pensiya fondları, 1% digərləri tərəfindən alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti