Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Maksim Tsurkov/
SOCAR avrobondların yeni buraxılışını hələ planlaşdırmır. Trend-in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib: "Neftin qiymətlərinin ucuzlaşmasına görə SOCAR-ın gəlirləri xeyli azalsa da, avrobondların buraxılışını planlaşdırmırıq".
Qeyd edək ki, SOCAR bu ilin martında gəlirliliyi 6,95 faiz olan 750 milyon dollar həcmində 15 illik avrobondlar yerləşdirib.