Bakı. Taleh Mursaqulov - Trend:
Azər Əliyev Azərbaycan Sığortaçılar Assosiasiyasının İdarə Heyətinin sədri təyin olunub.
Bu barədə Trend-ə ölkənin sığorta bazarındakı mənbə bildirib.
Məlumata əsasən, bu qərar Assosiasiyanın Müşahidə Şurasının iclasında qəbul edilib.
A.Əliyev bu vəzifədə Mustafa Abbasbəylini əvəz edib.
Qeyd edək ki, Azər Əliyev hazırda “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinin sədridir.
Mustafa Abbasbəyli öz növbəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.