Azərbaycan, Bakı, 18 avqust /Trend/
Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi Ramazan bayramı münasibətilə mövcud və yeni müştəriləri üçün xüsusi hədiyyə və xidmət kampaniyası keçirəcək.
Avqustun 19,20 və 21-də Sazz İnternetə yeni abunə olanlara Sazz USB Flash modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir. Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq.
Bu bayram günlərində şirtkət mövcud müştərilərinin təmirə ehtiyacı olan modemlərini isə pulsuz təmir edəcək. Abunəçilər növündən və texniki vəziyyətindən asılı olmayaraq təmirə ehtiyacı olan bütün Sazz modemlərini şirkətin Süleyman Rüstəm küşəsi 9 ünvanında yerləşən baş ofisinə gətirib pulsuz təmir üçün texniki şöbəyə təhvil verə bilərlər.
SAZZ 4G simsiz İnternet provayderi 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.
Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron
yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz İnternet sentyabr ayından ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.