...

Əliməmməd Nuriyev: ÜAK-ın ləğvinə cəhdə göstərilən səylər Rusiyanın milli maraqlarına uyğun gəlmir

Nəzər nöqtəsi Materials 14 May 2017 08:10 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə iddia qaldırılması Azərbaycan və Rusiya arasında son illər ərzində inkişaf edən münasibətlərin ruhuna uyğun deyil.
Əliməmməd Nuriyev: ÜAK-ın ləğvinə cəhdə göstərilən səylər Rusiyanın milli maraqlarına uyğun gəlmir

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiya Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə iddia qaldırılması Azərbaycan və Rusiya arasında son illər ərzində inkişaf edən münasibətlərin ruhuna uyğun deyil.

Bunu Trend-ə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Rusiyanın Azərbaycanla bir çox sahələr üzrə layihələr həyata keçirdiyini xatırladan Ə.Nuriyev Azərbaycanın da Rusiyaya hər zaman diqqətlə yanaşdığını, ölkəmizdə Rusiya mədəniyyətinin təbliği istiqamətində ciddi işlərin görüldüyünü söyləyib.

Ekspert bildirib ki, Rusiyanın strateji maraqlarının təmin olunmasında Azərbaycan hər zaman bu ölkəyə dəstək verib:

“Rusiyadakı Azərbaycan diaspor təşkilatları, orada işləyən azərbaycanlılar Rusiya iqtisadiyyatına çox böyük töhfə verirlər. ÜAK Rusiyada yaşayan azərbaycanlıların yeganə ictimai təşklilatı sayıla bilər. Amma Rusiyada ayrı-ayrı xalqların çoxsaylı belə ictmai birlikləri fəaliyyət göstərir. Rusiyada ermənilərin yüzlərlə ictimai birlikləri fəaliyyət göstərir”.

Ə.Nuriyev hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi cəhdləri ilə Rusiyadakı bəzi dairələr Azərbaycan-Rusiya münasibətlərinə zərər vurmaq istəyirlər: "ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı göstərilən bütün bu səylər Rusiyanın milli maraqlarına uyğun gəlmir. Bu, həm də Rusiyanın strateji maraqlarına ziddir. Bu, iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən bir fəaliyyətdir”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti