...

Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil

Nəzər nöqtəsi Materials 15 May 2017 11:44 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.
Deputat: ÜAK-ın ləğvinə cəhd Rusiya hökumətinin mövqeyi deyil

Bakı. Samir Əli - Trend:

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı qaldırdığı iddia ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti təxribatıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, bu Rusiya hökumətinin mövqeyi deyil, müəyyən dairələrin məqsədli sifarişidir:

"Bu, Azərbaycana qarşı növbəti təzyiq addımıdır".

E.Məmmədov bildirib ki, Rusiyada kifayət qədər azərbaycanlı yaşayır və onlar bu ölkənin müxtəlif təbəqələrində təmsil olunurlar:

"Həmin azərbaycanlılar Rusiyada kifayət qədər nüfuza və gücə malikdirlər. Konqresin ləğvi Azərbaycanla Rusiya arasındakı münasibətlərə mənfi təsir edə bilər".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğv edilməsi iddiası ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti