İsrail, Qüds, 01 dekabr/ Trend , müxbir A.Qut/ İsrail Baş nazirinin müavini və xarici işlər naziri Tsipi Livni bazar ertəsi axşam NATO-ya üzv ölkələrin və Aralıq dənizi dialoqu dövlətlərinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Brüsselə gedir, - İsrailin xarici siyasət idarəsinin mətbuat xidməti Trend -a xəbər verib.
İsrail və Şimali Atlantika Alyansı arasında çox sahədə artan əməkdaşlıq fonunda, Livininin NATO Baş Qərargahına səfəri xüsusi əhəmiyyət daşıyır. Siyasi, hərbi, təhlükəsizlik sahəsində mövcud əməkdaşlıq daxil olmaqla, İsrail və NATO arasında Əməkdaşlıq Proqramının (İCP - Fərdi Tərəfdaşlıq Proqramı) təsdiqi prosesi başa çatmaq üzrədir.
NATO - nun Aralıq dənizi dialoqu Şimali Atlantika Şurası tərəfindən regional sabitlik və təhlükəsizliyin təmin edilməsinə, daha yaxşı anlaşmanın əldə edilməsi və Aralıq dənizi dialoqunda iştirak edən ölkələrin NATO -nun siyasəti və məqsədlərinə yanlış baxışlarının aradan qaldırılmasına kömək məqsədilə, 1994 - cü ildə yaradılıb. Vaxt ötdükcə dialoqda iştirak edən ölkələrin sayı artıb: Misir, İsrail, Mavritaniya, Mərakeş və Tunis 1994 - cü ildə, İordaniya 1995 - ci ildə, Əlcəzair 2000 - ci ildə qoşulub.
Dialoq Avropanın təhlükəsizliyinin Aralıq dənizində təhlükəsizlik və sabitliklə sıx bağlı olması barədə Alyansın rəyini əks etdirir. O, NATO-nun "soyuq müharibədən" sonra təhlükəsizlik mühitinə uyğunlaşmasının ayrılmaz elementi və Alyansın əlaqələri və əməkdaşlığının genişlənməsi siyasətinin vacib komponenti olub. Əvvəlcə Alyans NATO dövlətlərinin Aralıq dənizi dialoquna üzv ölkələrin yanaşmalarından daha yaxşı baş çıxarmaları, Alyansın məqsəd və siyasətinə yanlış baxışların aradan qaldırırılması üçün, etibar və şəffaflığın inkişafı üzrə forum yaratmaq istəyib. Sonra siyasi müzakirələr daha tez - tez və intensiv aparılmağa başladı, dialoq isə təkmilləşdirilmiş struktur və konkret əməkdaşlıq üçün daha çox imkan əldə etdi.
Dialoqun inkişafı ümumi maraqlara əsaslanır. Bu, Aralıq dənizi ölkələrinin ayrı ayrılıqda hər bir ölkəsinə,spesifik regional, mədəni və siyasi vəziyyətinə hörmət deməkdir. Xüsusi vurğulanır ki, dialoq ikitərəfli hərəkətə malik yoldur, burada tərəfdaş ölkələr müştərək cəhdlərdə iştirak payını üzərlərinə götürürlər. Dialoq NATO nun digər tərəfdaşlıqlarının inkişfından əldə olunan təcrübə və faydalara əsaslanır.
Dialoq iştirak və mahiyyət planında inkişaf edir. Bu cür uyuşma tərəfdaşların sayının artımını və onun mahiyyətinin inkişafını təmin edir. Aralıq dənizində bütün tərəfdaşlara NATO ilə əməkdaşlıqla bağlı tədbirlər görülməsi və məsələlərin ümumi əsasda müzakirəsi təklif olunur.
Dialoq iştirakçı ölkələri sərbəst şəkildə özləri üçün miqyas və iştiraklarının intensivliyini seçirlər, bu, özünüidarənin müəyyən səviyyəsini təmin edir. Ayrı - seçkiliyin olmadığı bu cür çərçivə dialoq üçün xüsusi əhəmiyyətlidir və onun inkişafına açar olunu oynayır.
Dialoq Avropa İttifaqının Barselona prosesi kimi (Avro - Aralıq dənizi tərəfdaşlığı) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Aralıq dənizi təşəbbüsləri kimi digər beynəlxalq cəhdləri tamamlamalı və möhkəmləndirməlidir.
Dialoq iştirakçısı olan üzv ölkələrlə səmərəli əməkdaşlıq imkanlarının artmasından istifadə edərək, NATO üzvü olan dövlətlərin liderləri onlara genişləndirilmiş tərəfdaşlıq təklif ediblər. Aralıq dənizi dialoqunun əsas məqsədləri dəyişməz qalır, amma gələcəkdə diqqət əməkdaşlığın əməli inkişafına yönələcək. Səciyyəvi məqsədlər siyasi dialoqun güclənməsi, operativ uyğunlaşmaya nail olma (dialoq iştirakçısı olan hərbi ölkələrin NATO silahlı qüvvələrilə əməkdaşlığının yaxşılaşdırılması), terrorizm əleyhinə mübarizə və müdafiə islahatları sahəsində əməkdaşlıqdan ibarətdir.
İsrail DİN -in rəhbəri Brüssel səfəri çərçivəsində, Avropa İttifaqı rəhbərləri ilə, o cümlədən Avropa komissiyasının prezidenti Joze Barrozu və xarici işlər üzrə komissar Benito Ferrero-Valdnerlə görüşlər keçirəcək. Livni NATO görüşlərində iştirak edən digər xarici işlər nazirləri ilə də görüşəcək və xüsusi brifinq keçirəcək.
Müəlliflə əlaqə ünvanı: trend