Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp daha əvvəl İrandan neft və neft məhsullarının tədarükünə qoyulan embarqonun müddətini uzadıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdən bildiriblər.
Müvafiq fərmanda ABŞ lideri İranla bu sahədə əməkdaşlığı mənfi təsirlər olmadan dayandırmaq üçün dünyada kifayət qədər neft olduğunda əminliyi ifadə edib.