...

Avropalılar Rusiyanı təhlükə sayır - SORĞU

Dünya xəbərləri Materials 14 May 2019 10:19 (UTC +04:00)
Avropalıların 40 faizi Rusiyanı Avropa İttifaqı üçün təhdid olaraq görür
Avropalılar Rusiyanı təhlükə sayır - SORĞU

Bakı. Trend:

Avropalıların 40 faizi Rusiyanı Avropa İttifaqı üçün təhdid olaraq görür.

Trend-in məlumatına görə, bu barədə “YouGov” tədqiqat mərkəzinin rəy sorğusunda deyilir.

Rəyi soruşulanların 24 faizi Rusiyanı təhdid görmədiyini deyib, 36 faizi cavab verməkdə çətinlik çəkib.

Bundan başqa, respondentlərin 47 faizi Avropanın ümumi ordusunun yaradılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, rəy sorğusu Avropanın 8 ölkəsində 8 mindən çox respondent arasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti