...

Ermənistanda növbəti QALMAQALLI İSTEFA gözlənilir

Dünya xəbərləri Materials 10 İyun 2019 14:25 (UTC +04:00)
Ermənistan hakimiyyətində növbəti qalmaqallı istefa gözlənilir
Ermənistanda növbəti QALMAQALLI İSTEFA gözlənilir

Bakı. Trend:

Ermənistanda növbəti qalmaqallı istefa gözlənilir.

Trend erməni saytlarına istinadən xəbər verir ki, növbəti istefaya çıxacaq şəxs Konstitusiya Məhkəməsinin (KM) sədri Qrayr Tovmasyan ola bilər. Məlumatlara görə, Q.Tovmasyanın ətrafındakı dairə daralır. Ola bilsin, yaxın saatlar və yaxud günlərdə KM sədri vəzifəsindən gedəcək.

Onun da baş nazir Nikol Paşinyanla münasibətlərinin gərgin olduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl ədliyyə naziri Artaq Zeynalyan və Ali Məhkəmə Şurasının sədr müavini Gevorq Danielyan da istefa veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti