Bakı. Trend:
Elba çayının Almaniyadan keçən hissəsində gəmidə yanğın baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Bildirilir ki, gəminin heyəti 11 Rusiya və 2 Ukrayna vətəndaşından ibarət olub. Ölən və yaralananların kimliyi hələki müəyyən edilməyib.
Qeyd edilir ki, gəmidə baş verən yanğın artıq söndürülüb.