...

Türkiyədə 35 qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 1 Noyabr 2019 04:25 (UTC +04:00)
Türkiyənin Muğla vilayətinin sahillərində qanunsuz miqrantlar olan qayıqlar saxlanılıb
Türkiyədə 35 qanunsuz miqrant saxlanılıb

Bakı. Trend:

Türkiyənin Muğla vilayətinin sahillərində qanunsuz miqrantlar olan qayıqlar saxlanılıb.

Trend-in məlumatına görə, 2 qayığın içərisində 35 miqrant olub.

Qanunsuz miqrantlar sahil mühafizəçiləri tərəfindən Bodrum rayonunda saxlanılıb.

Onlar Əfqanıstan, Suriya, Somali, Konqo, Pakistan, Qabon, Seneqal, Burundi və Cənubi Afrikadan olan gəlmələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti