...

Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır

Dünya xəbərləri Materials 10 Noyabr 2019 01:04 (UTC +04:00)
Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur
Minskdə anonim zəngdən sonra vağzal və ticarət mərkəzləri yoxlanılır

Bakı.Trend:

Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir: "Səhər saat 7 radələrində Belarus Dəmir Yollarının Mogilev şöbəsinin elektron poçtuna Minskdəki Zamok, Dana Mall, Galileo ticarət mərkəzlərində, həmçinin Mərkəzi Dəmiryol Vağzalında təhlükə olması barədə məlumat gəlib.

İstehkamçı-pirotexnik qruplar göstərilən obyektlərdə yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədi ilə polis təxliyə tədbirlərihəyata keçirir".

Daxili İşlər Nazirliyi, həmçinin vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti