...

Albaniyada zəlzələdən sonra sağ qalanların axtarışı dayandırılıb

Dünya xəbərləri Materials 1 Dekabr 2019 06:27 (UTC +04:00)
Albaniyanın xilasetmə xidmətləri zəlzələdən sonra keçirilən xilasetmə əməliyyatlarını dayandırıblar
Albaniyada zəlzələdən sonra sağ qalanların axtarışı dayandırılıb

Bakı. Trend:

Albaniyanın xilasetmə xidmətləri zəlzələdən sonra keçirilən xilasetmə əməliyyatlarını dayandırıblar.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Edi Rama deyib.

Onun sözlərinə görə, ölkənin paytaxtında 1465 binaya və yaxınlıqda yerləşən Durres şəhərində 900 binaya ciddi ziyan dəyib.

Zəlzələ nəticəsində ölənlərin sayı 50 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti