...

Leysan yağışları Dubayda 22 aviareysin təxirə salınmasına səbəb olub

Dünya xəbərləri Materials 13 Yanvar 2020 00:25 (UTC +04:00)
Dubay Beynəlxalq Hava Limanında leysan yağışları səbəbindən 22 aviareys təxirə salınıb
Leysan yağışları Dubayda 22 aviareysin təxirə salınmasına səbəb olub

Bakı. Trend:

Dubay Beynəlxalq Hava Limanında leysan yağışları səbəbindən 22 aviareys təxirə salınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hava limanının administrasiyasından bildiriblər.

Bildirilir ki, leysan yağışları nəticəsində hava limanının bir neçə uçuş-eniş zolağı su altında qalıb.

Məlumata əsasən, təyyarələrin əksəriyyəti hazırda Əl-Məktum beynəlxalq hava limanında eniş edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti