...

Dünyada koronavirusa yoluxanların sayı 200 mini ötüb

Dünya xəbərləri Materials 18 Mart 2020 22:56 (UTC +04:00)

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 200 min nəfəri ötüb.

Trend-in "TASS"a istiandən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən brifinq zamanı deyib.

T.Gebreyesus bildirib: "ÜST-ə 200 mindən artıq yoluxma, 8 mindən artıq ölüm halı barədə məlumat daxil olub".

Virusa qarşı vasitələrin hazırlanmasından danışan T.Gebreyesus bildirib ki, ÜST tərəfdaşları ilə birgə "bir çox ölkədə" müalicə metodlarının araşdırılmasını təşkil edir: "Bu böyük beynəlxalq araşdırma, hansı müalicənin daha effektiv olduğunu göstərən zəruri və etibarlı məlumatları əldə etməyə yönəlib. Biz bu araşdırmanı "Solidarity" adlandırdıq".

Onun sözlərinə görə, bir sıra ölkə araşdırmaya qoşulacağı haqqında məlumat verib. Onlar arasında Argentina, İran, Kanada, Fransa və İsveçrə də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti