...

Türkiyədə 700 min qanunsuz yolla getirilən tibbi maska ələ keçirilib

Dünya xəbərləri Materials 23 Aprel 2020 08:34 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Adana vilayətində 700 min qaçaq yolla gətirilən tibbi maska ələ keçirilib.

Trend-in məlumatına görə, həmin maskaların istehsal edildiyi Seyhan və Çukurova rayonunlarında yerləşən üç ünvana jandarmeriya əməkdaşları tərəfindən basqın edilib.

Basqın zamanı 700 min tibbi maska ələ keçirilib və şübhəli şəxs qismində 4 nəfər saxlanılıb.

Səhiyyə Nazirliyinin istehsal meyarlarına cavab verən maskalar Adana vilayəti Kənd və Meşə İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti