...

Ermənistanın Baş qərargah və Milli təhlükəsizlik xidmətinin rəisləri istefa verib

Dünya xəbərləri Materials 8 İyun 2020 14:47 (UTC +04:00)
Ermənistanın Baş qərargah və Milli təhlükəsizlik xidmətinin rəisləri istefa verib

Bakı. Trend:

Ermənistanın Baş qərargah rəisi Artak Davtyan istefa verib.

Trend bu barədə Ermənistan KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, Ermənistanda koronavirusla bağlı komendant saatının tətbiqinə baxmayaraq bu yaxınlarda A.Davtyanın oğlunun təmtəraqlı toy mərasimi keçirilib.

Toy mərasimi Baqrevanddakı iqamətgahda baş tutub. Mərasimdə bir sıra vəzifəli şəxslər iştirak edib.

Toyla bağlı məlumatı təsdiqləməyən A.Davtyan insanları, mətbuatı onun şəxsi həyatına müdaxilə etməməyə və onu siyasi oyunlara çəkməməyə çağırıb.

Bu gün Ermənistanın Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan da istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti