...

Moskvada son sutkada koronavirusdan 53 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 11 İyun 2020 03:02 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 53 xəstə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 53 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan 3 138 nəfər ölüb, son sutkada 1 195 olmaqla 199 785 virusa yoluxma halı qeydə alınıb, 113 533 nəfər sağalıb.

Xəbər lenti

Xəbər lenti