...

Özbəkistanda koronavirusa yoluxanların sayı 6,2 mini ötüb

Dünya xəbərləri Materials 21 İyun 2020 20:35 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 6,2 mini ötüb

Bakı. Trend:

Özbəkistanda yeni növ koronavirusa daha 191 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 216 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 17 nəfər sağalıb, sağalanların ümumi sayı 4 290 nəfər təşkil edir.

Hazırda xəstəxanalarda 1907 nəfərin müalicəsi davam edir, onlardan 15 nəfərinin vəziyyəti ağır, 1 nəfərinin vəziyyəti isə çox ağırdır.

Qeyd edilir ki, hazırkı dövrədək ölkədə koronavirusdan 19 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti