...

İranda qar uçqunu nəticəsində 8 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Dekabr 2020 04:19 (UTC +04:00)

Bakı. Trend:

İranın paytaxtı Tehran şəhərinin yaxınlığında qar uçqunu baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində azı 8 nəfər həlak olub.

Dekabrın 25-i İran Alpinizm Federasiyasının tibb komitəsindən bildirilmişdi ki, qar uçqunu nəticəsində 2 nəfər həlak olub. Bu gün isə daha 6 nəfətin meyitinin aşkarlandığı təsdiqlənib.

Qeyd edək ki, son günlər ərzində İranın bir neçə regionunda güclü qar müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti